Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nvidia” şirkətinin yeni mobil prosessoru inanılmaz xüsusiyyətlərə qadirdir



 
“Nvidia” şirkəti “Project Logan” adlanan yeni mobil prosessorunu təqdim edib. O, “Kepler” texnologiyası üzrə işlənib hazırlanmış “Kepler” qrafik soprosessorundan ibarətdir. Ötən il bu qrafik soprosessor noutbuk və masaüstü kompüterlərdə tətbiq edilib, hazırda isə planşet və smartfonlarda istifadə olunacaq.

“ICTnews.az” elektron xəbər xidməti “computerra.ru” saytına istinadən bildirir ki, “Kepler” aşağı enerji sərfiyyatı və böyük gücə malik prosessordur. Şirkətdən verilən məlumata əsasən, onun enerji sərfiyyatı “iPad” planşetinin prosessoru ilə müqayisədə 3 dəfə aşağıdır.

Emil Hüseynov




26/07/13    Çap et