Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” şirkəti daha 250 əməkdaşını ixtisar edir



 
Kanadanın “BlackBerry” şirkəti bu gün heyətinin ixtisarı barədə məlumat verib. Belə ki, şirkətin Vaterloo nümayəndəliyindən təxminən 250 əməkdaş ixtisar ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, işdən azad edilənlərin əksəriyyəti proqram və aparat təminatı mütəxəssisləridir.

Xatırladaq ki, hazırda “BlackBerry” şirkətində təxminən 13 min adam çalışır. Bundan əvvəl şirkət “BlackBerry 10” əməliyyat sisteminin köməkliyi ilə əvvəlki bazar mövqeyini bərpa etmək üçün bir sıra uğursuz cəhdlərə səy göstərib, lakin gözlənilən nəticə əldə olunmayıb.

Emil Hüseynov
 




26/07/13    Çap et