Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatdan keçirilən dövlət domenlərinin sayı artır


Azərbaycan Respublikası dövlət orqanlarının "www.gov.az" rəsmi internet resursunda bu günədək 406 "*.gov.az" domeni qeydiyyata alınıb.

Resursun texniki bölməsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ilin əvvəlindən bu günədək cəmi 20 dövlət orqanına aid olan domen qeydiyyatdan keçib, onların 4-ü iyul ayının payına düşüb.

Dövlət orqanlarının son qeydiyyatdan keçirdikləri domenlərin 3-ü Azərbaycan Nəqliyyat Nazirliyinə məxsusdur. Qalan 7 domen isə İsmayıllı Rayon Bələdiyyəsinin "ismayilli-bl.gov.az", Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzinin "asxm.gov.az", Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin "bayraq.gov.az", Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının "seleksiya.gov.az", Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun "e-anfes.gov.az", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "nanocenter.gov.az" internet ünvanlarıdır.

Aynur Vəliyeva




27/07/13    Çap et