Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyə Nazirliyinin “YouTube” kanalı fəaliyyətə başlayıb



Artıq vətəndaşlar Azərbaycan Səhiyyə Nazirliyinin (SN) fəaliyyəti ilə “YouTube” videokanalı vasitəsilə də tanış ola bilərlər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, SN-in rəsmi “YouTube”  kanalı istifadəyə verilib.  Hazırda sözügedən kanalda Azərbaycan səhiyyəsinin inkişafı, bu sahəyə göstərilən dövlət qayğısına dair videoçarxlar, həmçinin İctimai Televiziyanın efirində yayımlanan “Tibb dünyası” verilişinin anonsları yerləşdirilib.

“YouTube” kanalına bu link (www.youtube.com/user/sehiyyenazirliyi) vasitəsilə daxil olmaq mümkündür.

CAHANGİR




01/08/13    Çap et