Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “iPad mini” planşetlərinin yeni nəslini “Retina” displeylərlə təchiz edəcək



"The Wall Street Journal" etibarlı mənbələrə istinadən yazır ki, "Apple" şirkətinin kontragentləri 2013-cü ilin dördüncü rübündə "iPad mini" planşet kompüterlərinin ikinci nəslinin istehsalına başlamağa hazırlaşırlar.

"ICTnews.az" elektron xəbər xidməti "forbes.ru" saytına istinadən bildirir ki, yeni modeldə həyata keçiriləcək əsas dəyişikliklərdən biri yüksək təsvir ölçüsünə malik "Retina" ekran olacaq. Cənubi Koreyanın "Samsung Electronics" şirkəti sözügedən ekranın istehsalçısıdır. Bu fakt Amerika şirkətinin rəqibinin asılılığından qurtulmaqda acizliyini göstərir.

"Apple" şirkəti üçün "Retina" displeyləri "Samsung" şirkətindən başqa, Yaponiyanın "Sharp" və Cənubi Koreyanın "LG Display" korporasiyaları istehsal edəcəklər.

Emil Hüseynov
 
 
 




02/08/13    Çap et