Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LinkedIn” rüblük nəticələrini yaxşılaşdırıb


“LinkedIn” peşəkar sosial şəbəkəsi bu gün rüblük hesabatını dərc edib. Nəticə bazar gözləntilərindən yaxşı olub və onun səhmlərinin qiyməti  8% artıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, dərc edilmiş məlumatlara əsasən, cari rübdə 367-373 milyon dollar dəyərində gəlir gözlənilir. İnvestorlar deyiblər ki, istifadəçi bazasının artması çox yaxşı göstəricidir, lakin bunu pula çevirməyi də bacarmaq lazımdır. Sosial şəbəkənin auditoriyası hazırda 238 milyona bərabərdir.
30 iyunda başa çatmış hesabat dövründə şirkətin mədaxili 59% artaraq 363,7 milyon dollar olub.
“LinkedIn” sosial şəbəkəsinin istifadəçi bazası bir il ərzində 36% artıb. Bu ilin ikinci rübündə şirkətin xalis gəliri 33% artaraq 3,73 milyon dollar olub.


Emil Hüseynov




02/08/13    Çap et