Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon.com”un yaradıcısı Ceff Bezos “Washington Post” qəzetini satın alıb



"Amazon.com" internet mağazasının rəhbəri Ceff Bezos ABŞ-ın nüfuzlu "Washington Post" qəzetini satın alıb. Sazişin qiyməti 250 milyon dollar təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, "Washington Post" qəzetinin əvvəlki sahibi Qrem ailəsi olub. Hazırda həm qəzet, həm də "Washington Post Company" şirkəti tamamilə Ceff Bezosun səlahiyyətində olacaq.

Emil Hüseynov




06/08/13    Çap et