Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” itmiş smartfonu tapmağa kömək edəcək


“Android” əməliyyat sistemində yaxın vaxtlarda istifadəyə veriləcək yeni funksiya sayəsində itmiş smartfon və ya planşeti tapmaq mümkün olacaq. Sözügedən tətbiq unudulmuş qurğunun yerini xəritədə göstərəcək və məsafədən ona zəng edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Android Device Manager” tətbiqi cihaz oğurlandığı halda, bütün informasiyanı silməyə imkan yaradacaq. Veb-interfeys üzərindən yeni funksiyadan istifadə etmək üçün “Google” hesabınıza daxil olmaq lazım gələcək. Şirkət, həmçinin “Android” üçün itmiş smartfon və ya planşetləri tapmağa və idarə etməyə imkan verən tətbiq buraxmağa söz verib.

Emil Hüseynov
 
 




06/08/13    Çap et