Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əsaslı telefonlar üçün "Yuxuyozma"lar



“Android” mobil əməliyyat sistemi əsasında çalışan telefonlar üçün yuxuyozmalar ilə bağlı maraqlı bir tətbiq hazırlanıb. Azərbaycan dilində olan versiyası “Xanım.net”-in texniki dəstəyi və baza məlumatları əsasında hazırlanan proqramın müəllifi “HandySofts” developerlər qrupudur.

Tətbiq Azərbaycan, rus və ingilis dillərindədir.
Hələlik beta versiyasında təqdim olunan tətbiqə yaxın zamanda müvafiq düzəlişlər ediləcək.

Bu tətbiqdən istifadə edənlər mütəmadi olaraq yuxuyozumları ilə bağlı məlumat əldə edə biləcəklər. Tətbiqi «Google Play»-dən yükləmək olar.

Kamal Hacıyev




12/08/13    Çap et