Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry”dən ucuz smartfon



“BlackBerry” şirkəti “BlackBerry 7 OS” əməliyyat sistemi ilə işləyən “9720” smartfonunu təqdim edib. Şirkətin son rüblük məlumatlarına əsasən, istehsalçı bazara 6,8 milyon smartfon tədarük edib və onların yalnız 2.7 milyonu “BB10” platforması ilə işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “9720” smartfonu “QWERTY” klaviatura, 480x360 piksel təsvir ölçüsünə malik 2,8 düymlük sensor ekran, həmçinin 5 meqapiksellik kamera və FM radio ilə təchiz edilib. Bundan başqa, aparat “HSPA”, “WiFi 802.11n” və “A-GPS”-i dəstəkləyir.

Müştəri nöqteyi-nəzərindən burada yeni sosial funksiyalar tətbiq edilib. Sözügedən qurğunun qiyməti barədə heç bir məlumat yoxdur.

Aparat Asiya, Avropa, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrində satılacaq.

Emil Hüseynov




14/08/13    Çap et