Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.1” əməliyyat sisteminin yekun versiyasının çıxarılma tarixi açıqlanıb


“Microsoft” korporasiyası “Windows 8.1” əməliyyat sisteminin (ƏS) yekun versiyasının rəsmi çıxarılma tarixini oktyabrın 18-i tarixinə təyin edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ilk öncə Yeni Zelandiya sakinləri yeniləmə paketini quraşdırmaq imkanı əldə edəcəklər. Bundan sonra “Windows 8.1” ayrıca məhsul kimi satınalma üçün əlçatan olacaq.

“Windows 8” ƏS-ni satın almış istifadəçilər “Windows Store” onlayn mağazası vasitəsilə sistemlərini 8.1 versiyasınadək ödənişsiz yeniləyə biləcəklər.

Xatırladaq ki, “Windows 8” ƏS-i 2012-ci ilin oktyabrında istifadəyə verilib və “StatCounter” xidmətinin məlumatına görə, hazırda populyarlığına görə “Windows 7”, “Windows XP” və “OS X” ƏS-dən sonra dördüncü yerdə qərarlaşıb.

Emil Hüseynov




15/08/13    Çap et