Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”dan "ağıllı" saatlar


“Samsung” şirkəti sentyabrın 4-də “Galaxy Gear” "ağıllı" saatlarını təqdim edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, saat-kompüter “Galaxy Note III” smartfonu ilə eyni anda təqdim ediləcək.

Şirkətin bəyanatına əsasən, “Galaxy Gear” (SM-V700) saatları “Galaxy” xəttinə məxsus smartfonlarda aksesuar kimi istifadə olunacaq və elastik ekranla təchiz edilə bilərlər.

Qeyd edək ki, "ağıllı" saatlar üzərində, həmçinin “Foxconn”, “Kreyos” və “Google” şirkətləri işləyir. Bundan əvvəl Yaponiyanın “Sony” şirkəti bu cür saatlar istehsal edib.

Emil Hüseynov
 
 




15/08/13    Çap et