Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sinam” şirkəti Qırğızıstanın vergi sistemini digər dövlət qurumları inteqrasiyasını başa çatdırıb



Azərbaycanın "Sinam" şirkəti Qırğızıstanın vergi sisteminin avtomatlaşdırılması üzrə işləri başa çatdırıb.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, son mərhələdə aparılan sistemə yeni modulların əlavə edilməsi üzrə işlər başa çatıb.

«Qırğızıstanın vergi sisteminin avtomatlaşdırılması "Vergi inzibatçılığının modernləşdirilməsi və avtomatlaşdırılması" layihəsi çərçivəsində həyata keçirilirdi. Vergi sisteminin əsas modulları artıq aktivləşdirilib və sistemin funksionalı genişləndirilərək onu ölkədə fəaliyyət göstərən digər dövlət strukturları, o cümlədən Dövlət Sosial Müdafiə Fondu ilə inteqrasiya etmişik», – deyə şirkətdə bildiriblər.

Xatırladaq ki, şirkət Qırğızıstanda eyni zamanda Dövlət əmlakının vahid reyestrinin yaradılması üzrə layihəni həyata keçirir.
 
Aynur Vəliyeva




15/08/13    Çap et