Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mədəniyyət və turizm sahəsində İKT-nin tətbiqi genişləndirilib


Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"  2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində bir sıra işlər görülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 12 dekabr 2011-ci il tarixli, 2/1011 nömrəli rəyinə və Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na əsasən bir sıra işlər həyata keçirilib, müvafiq təkliflər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin  cari ilin birinci yarısında gördüyü işlərə dair hesabatında qeyd olunur.

Eyni zamanda, nazirliyin "DATA" mərkəzi yaradılıb, oraya optik xətt çəkilib və "AzDataCom" şəbəkəsi vasitəsilə EHDİS portalına qoşulmaq üçün müvafiq işlər aparılıb. Nazirliyin aparatında çalışan əməkdaşların e-imza ilə təmin olunması üçün müvafiq müraciət məktubu göndərilib.

EHDİS (Elektron Hökumət Dövlət İnformasiya Sistemi) elektron xidmətlər portalına qoşulmaq üçün e-imza və xüsusi şifrə əldə olunub, müvafiq serverlərin və şəbəkə avadanlıqlarının alınması təmin edilib. Serverlər və şəbəkə elektron xidmətlər portalına qoşulub. Mövcud xidmətlərin portala qoşulması ilə bağlı məlumatlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə təqdim edilib.

Məlumat Hesablama Mərkəzi ilə birgə müvafiq işlər aparılıb və portala qoşulma təmin edilib. Həmçinin, müvafiq sistemlər (lisenziyaların verilməsi) arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə fərdi identifikasiya kodu tətbiq edilib.

CAHANGİR




16/08/13    Çap et