Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı soyadlı telefon abunəçiləri çoxluq təşkil edir?



Rabitə sahəsində müxtəlif istiqamətdə təhlillər aparılır, nəticələr ümumiləşdirilir. Bunların içərisində ən maraqlılarından biri hansı soyadı daşıyan telefon abunəçilərinin çoxluğudur. Statistik hesablamalara görə, hələlik Məmmədov soyadlı telefon abunəçiləri çoxluq təşkil edir.

Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 57 min nəfərdən çoxdur.

 Soyadlar üzrə abunəçi sayı belədir: Əliyev 43258, Məmmədova 29287, Hüseynov 27047, Əliyeva 22947, Həsənov 21092, Quliyev 20014, İsmayılov 15572, Əhmədov 14903, Hüseynova 14386, Abdullayev 13227, Abbasov 12550 Cəfərov 11411 abunəçi.

Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.

RƏVAN




19/08/13    Çap et