Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC Desire 500” dual SİM smartfonu Azərbaycan bazarında



Azərbaycan bazarına 8 meqapiksel kameralı və güclü dördnüvəli prosessorlu "HTC Desire 500" dual SİM smartfonu çıxır. "Caspian mobile" şirkətindən verilən məlumata görə, innovasiya texnologiyaları və mobil qurğuların dizaynı sahəsində dünya lideri olan "HTC" şirkəti yeni "HTC Desire 500" smartfonunu təqdim edir.

Azərbaycan bazarında bu model "HTC Desire 500" dual SİM  versiyasında təqdim olunacaq (1,2 GHz-lıq dördnüvəli prosessor, iki SİM kartın dəstəklənməsi, "HTC BlinkFeed" əsas ekran və şəkilləri 30 saniyəlik videoçarxlara çevirən Zoe funksiyası). Model artıq avqustda satışa çıxarılacaq. Bu model əlverişli qiymətlərlə qabaqcıl texnologiyalara üstünlük verənlər üçün yaradılıbr. "HTC Desire 500" iki rəngdə təqdim olunur – "qara lak" (Lacquer Black) və "mavi buz" (Glacier Blue).

"HTC Desire 500" – orta qiymət seqmentinə aid olan və öz sinfi üçün standartlar müəyyənləşdirən bir smartfondur. O, daim səfərdə olan insanlar üçün idealdır. Yeni model çoxtapşırıqlı rejimdə genişləndirilmiş iş imkanlarını təqdim edir. Siz real zaman rejimində vacib və maraqlı məlumatları əldə edirsiniz. "HTC Desire 500" modeli əla kamera ilə təchiz edilib ki, bu da sizə həyatınızın unudulmaz anlarını "canlandırmağa" imkan verəcək", - deyə "HTC" korporasiyasının baş direktoru Piter Çou qeyd edir.

 "HTC Desire 500" dual SİM smartfonu "HTC"-nin flaqman məhsullarında təqdim olunmuş yeni texnologiyaların zəngin funksionalını kütləvi smartfonlar sektoruna gətirir. İki SİM kartı dəstəkləyən modelin bazara çıxarılması bu modeli istifadəçilər üçün daha da cəlbedici edir", - "HTC"-nin Rusiya və MDB ölkələri üzrə regional direktoru Andrey Kormiltsev deyir.

"HTC"-nin 8 meqapiksellik kamerası ilə həyatınızın hər bir unudulmaz anını çəkin və bölüşün. Xüsusi "HTC ImageChip" prosessoru ilə birlikdə o, HD formatda şəkil və video çəkməyə imkan verir. Ön paneldə yerləşən 1,6 meqapiksellik kamera sayəsində siz həmçinin keyfiyyətli avtoportretlər çəkə biləcəksiniz. Bundan əlavə, "HTC"-nin bu modeli sifət və təbəssümlərin tanınması funksiyası ilə təchiz edilib.

 "Zoe" videoçarxların yaradılması funksiyası adi gününü daim xatirənizdə əks olunacaq əsl macəraya çevirir. "HTC Desire 500" modeli avtomatik olaraq çəkilmiş şəkillərdən musiqi ilə müşayiət edilən 30 saniyəlik keyfiyyətli çarxlar yaradır.

"HTC BlinkFeed" inqilabi funksiyası əsas ekranı real zaman rejimində məlumat axınına çevirir. O, bütün məlumatları 4,3 düymlük ekrana çıxarır və xəbər axınlarını və sosial şəbəkələrdəki bütün yenilikləri toplayıb ekranda göstərir.

"HTC BlinkFeed" üçün kontent dünyanın 1400-dən çox media mənbələrindən daxil olur. "AOL", "ESPN", "MTV", "Vice Media", "CoolHunting", "Reuters", "RİA Novosti", "Vesti", "RussiaToday", "Gazeta.ru" və dünyanın bir çox digər aparıcı media mənbələrindən hər gün 10 min məqalə daxil olur.

1,2 GHz-lıq dördnüvəli prosessor ilə təchiz edilmiş "HTC Desire 500" smartfonu çoxtapşırıqlı rejimdə yüksəksürətli iş rejimi və internet-səhifələrin olduqca sürətli nəzərdən keçirilməsi imkanı ilə fərqlənir. 64 GB-dək "microSD" yaddaş kartlarının dəstəklənməsi sayəsində isə  şəkil, video, proqram və oyunların saxlanılması üçün nəzərdə tutulan kifayət qədər yer olur.

RƏVAN
 




19/08/13    Çap et