Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropanın ən məşhur pulköçürmələr sistemi Azərbaycanla əməkdaşlığa maraqlıdır


"EUROGİRO" pulköçürmələr sistemi Azərbaycanda bütün sahələr kimi poçt rabitəsində aparılan islahatlardan xəbərdardır və ölkəmizin bu sistemə qoşulmasında maraqlıdır".

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verərək bildirib ki, bu sistemə əsasən Avropa Birliyi ölkələri qoşulub və bu sistem həmin ölkələr üçün daha çox əlverişlidir.

"Bizim əsas trafikimiz MDB ölkələri, Türkiyə və Yaxın Şərq ölkələrilədir. Bu ölkələr də əsasən "STEFİ" sistemini dəstəkləyir"- deyə N.Məmmədov qeyd edib.

Qeyd edək ki, "EUROGİRO" pulköçürmələr sisteminin mərkəzi ofisi Danimarkada yerləşir və Avropa ölkələri arasında ən populyar pulköçürmə sistemidir.

RƏVAN




20/08/13    Çap et