Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” “IQ Engines” şirkətini satın alır


 
"Yahoo!" fotoların tanınması üçün texnologiya həlləri üzrə ixtisaslaşmış "IQ Engines" şirkətini satın alıb.

"ICTnews.az" elektron xəbər xidməti ""saytına istinadən bildirir ki, tərəflər sazişin şərtlərini açıqlamır, lakin "IQ Engines" şirkəti öz saytında bu barədə məlumat verib və deyib ki, saziş bağlandıqdan sonra "Flickr"in tərtibatçılar heyətinə qoşulacaqlar.

Xatırladaq ki, "IQ Engines" şirkəti 2010-cu ildə təsis edilib. Şirkət təsvirlərin vizual tanınması üçün platforma, həmçinin iki "API" dəsti hazırlayıb.

Emil Hüseynov

 




26/08/13    Çap et