Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da dostlar üçün də albom yaratmaq mümkün oldu



Dünyanın böyük sosial şəbəkəsi sayılan “Facebook” bazar ertəsi “Ümumi fotoalbom” adlı yeni bölmənin istifadəyə verildiyini açıqlayıb.

Bu barədə sosial şəbəkənin nümayəndəsi bildirib.

Əvvəllər şəbəkə istifadəçiləri yalnız özləri yaratdığı albomlara şəkil yükləyə bilirdilər. Eyni zamanda bir alboma minə qədər şəkil yükləmək mümkündür. Yeni funksiya isə albom yaradıcısına sözügedən fotoalboma dostluğunda olan digər şəxslərin də şəkil yükləməsinə və 50-dək belə istifadəçi seçməsinə imkan verəcək. Bununla belə hər bir seçilən şəxs 200-dək şəkil yükləyə biləcək.

Kamal Hacıyev




27/08/13    Çap et