Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda NGN şəbəkəsinin tutumu artıb



Azərbaycanda NGN şəbəkəsinin tutumu ümumi istifadəli telefon şəbəkəsinin 37,4%-ni təşkil edir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ümumi istifadəli telefon şəbəkəsinin tutumu ötən il ərzində 18,2% artaraq 1 779 500 nömrə təşkil edib.

NGN şəbəkəsinin tutumu ötən il ərzində 5% artaraq 664 600 nömrəyə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT-nin inkişafı ilə bağlı tədbirlər planına əsasən yaxın zamanda stasionar şəbəkədə kommutasiya avadanlıqlarının modernləşdirilməsi nəzərdə tutulub. Bu il Beynəlxalq Şəhərlərarası Stansiyanın tamamilə dəyişdirilməsi və NGN texnologiyasına keçirilməsi planlaşdırılır.

Hazırda NGN şəbəkəsi Bakı ilə yanaşı, ölkənin NGN (Next Generation Network - yeni nəsil şəbəkələr) əsası İP-şəbəkələrdən ibarət olan səsin, məlumatların və multimedia xidmətlərinin ötürülməsini təmin edən multiservis rabitə şəbəkəsidir.

Aynur Vəliyeva




28/08/13    Çap et