Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın “3D” formatında yeni xəritəsi işıq üzü görüb


"Navitel" şirkəti Azərbaycanın, MDB ölkələrinin və bir sıra digər dünya ölkələrinin   yenilənmiş "Q2 2013" xəritəsini təqdim edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni buraxılmış xəritələr 15 572 923 kilometr yol, 6 284 778 POI, 875 324 şəhər və yaşayış məntəqəsini əhatə edir və onların 221 255 – ünvan axtarışı və yol-küçə şəbəkəsi daxildir.

Bütün xəritələr yeni "3D" formatında buraxılıb, yollarda, tıxaclarda və marşrutlarda vizual təsvirlər yaxşılaşdırılıb. Ünvan məlumatları dəqiqləşdirilib və düzəldilib, dönmək qadağaları işarələrində müşahidə olunan qeyri-dəqiqliklər aradan qaldırılıb.

Bütün xəritələrə şəhərlərin və yaşayış məntəqələrinin yaşayış və sənaye infrastrukturu ünvan axtarışı ilə daxil edilib. Eyni zamanda, bütün küçə, yol və digər vacib naviqasiya məlumatları daxil olmaqla ətraflı yol şəbəkəsi təqdim edilib.

Azərbaycanın yeni xəritəsi — 28 934 km yol sütunu, 24 917 POI, 50 804 ünvan axtarışında unikal ünvanları əhatə edir. Xəritəyə 4 313 şəhər və yaşayış məntəqəsi daxildir. Bütün xəritələrdə yolların, tıxacların və marşrutların vizual təsviri yaxşılaşdırılıb. Ünvan məlumatları dəqiqləşdirilərək düzəldilib, döngə qadağalarının göstərişlərində yanlışlıqlar düzəldilib.

Aynur Vəliyeva




28/08/13    Çap et