Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı başa çatır



Kompüter Oyunları üzrə VIII Azərbaycan Milli Çempionatı artıq başa çatır. Bu gün – avqustun 29-da “JW Marriott Absheron Baku” mehmanxanasında final mərhələsinin qalibləri mükafatlandırılacaq. Milli Çempionatın final mərhələsi isə avqustun 28-də keçirilib.
 
Gənclər və İdman Nazirliyindən (GİN) bildirilib ki,  GİN “Kiber İdman Federasiyası”nın təşkilatçılığı ilə Azərbaycanın 9 şəhərində keçirilən zona turlarının  nəticəsi olaraq,  22 rayon və şəhərdən finala vəsiqə qazanmış komandalar 4 oyun dissiplinası üzrə sıralanıb. Belə ki, “Counter Strike 1.6” oyunu üzrə: Xaçmaz, Masallı, Kürdəmir, Hacıqabul, Ağdaş, Abşeron,  Xızı, Qazax rayonları, Gəncə şəhəri,  Qax, Xocavənd rayonları yer alıb.
 
 Siyahıda “FİFA 13” oyunu üzrə Siyəzən, Astara, Ucar, Saatlı rayonları, Mingəçevir şəhəri, Abşeron,    Xızı, Goranboy, Samux, Qax, Şuşa rayonları, “Super street fighter IV arcade edition” oyunu üzrə Siyəzən, Astara, Saatlı, Zərdab, Abşeron, Xızı, Qazax, Goranboy,  Zaqatala, Şuşa rayonları, “Cross fire” oyunu üzrə Cəlilabad, Saatlı, Abşeron,  Xızı rayonları və Şəki şəhəri yer alıb.
 
 
Həqiqət İSABALAYEVA




29/08/13    Çap et