Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikanın “Apple” korporasiyası İsveçin “AlgoTrim” şirkətini satın alıb


Amerikanın "Apple" şirkəti İsveçin mobil qurğular üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış "AlgoTrim" şirkətini satın alıb. Bu barədə çərşənbə günü Amerika şirkətinin nümayəndəsi Kristina Xyuqeyt deyib. Sazişin şərtləri açıqlanmır.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass" saytına istinadən bildirir ki, "AlgoTrim" şirkətinin qərargahı İsveçin Malme şəhərində yerləşir. Şirkət əsasən məlumatların sıxılması, smartfonların işləmə sürətinin artırılması, çəkilişin keyfiyyətinin yüksəldilməsi və fotoların emalı üçün nəzərdə tutulmuş tətbiqlərin yaradılması və optimallaşdırılması ilə məşğul olur.

Xatırladaq ki, bu il "Apple" artıq altı şirkət satın alıb.

Emil Hüseynov
 
 
 




29/08/13    Çap et