Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un həmtəsisçisi yoldaşından ayrılıb


“Google” şirkətinin həmtəsisçisi, 40 yaşlı proqramçı və iş adamı həyat yoldaşından ayrılıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “AllThingsD” internet nəşri yazıb ki, Brin və Anne Voyjitski artıq bir neçə aydır birgə yaşamır. Cütlüyün nümayəndəsi bu informasiyanı təsdiqləyib və qeyd edib ki, onlar ayrılsalar da, dost olaraq qalırlar. Hələ ki boşanma barədə söhbət olmayıb.

Anne Voyjitskinin ixtisası bioloqdur. Cütlüyün iki övladı var. Nikah müqaviləsinə əsasən, boşanma zamanı Voyjitski “Google” həmtəsisçisinin varidatına iddia edə bilməz.

Emil Hüseynov




29/08/13    Çap et