Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq vətəndaşlar mobil autentifikasiya sertifikatını almaq üçün elektron formada müraciət edə bilərlər



Rabitə və İnformasiya Texnologiyalarının (RİTN) daha bir elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, artıq "Mobil autentifikasiya sertifikatı almaq üçün müraciət" e-xidməti istifadəçilərin ixtiyarına verilib.
 
Sözügedən xidmət vətəndaşların mobil sertifikatları alan zaman vaxtlarından səmərəli istifadə etmək, yarana biləcək növbələrdə vaxt itirməmək və rahatlığını təmin etmək məqsədilə Qeydiyyat Mərkəzlərinə getmədən birbaşa internet üzərindən müraciət edə bilmələri üçün nəzərdə tutulub.

Qeyd edək ki, xidmət vasitəsilə sifariş edilən mobil autentifikasiya sertifikatı hazır olduqda, məhsul elektron poçt vasitəsilə vətəndaşa göndəriləcək.

CAHANGİR
 




29/08/13    Çap et