Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC”: daşınan elektronika planşetlərin satış həcminə təzyiq göstərəcək


“IDC” analitik şirkəti 2017-ci ilədək planşetlərin satış həcmi üzrə proqnozunu yenidən gözdən keçirib. Şirkətin fikrincə, hazırda bazara internetə qoşulan eynək və ya “ağıllı” saat kimi yeni qurğular çıxarılacaq. Analitiklərin fikrincə, bunlar planşetlərin satış həcminə təzyiq göstərəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bunu nəzərə alaraq, planşetlərin tədarük həcmi bu il 227,4 milyon olacaq ki, bu da əvvəl elan edilmiş göstəricidən 1% aşağıdır.

Emil Hüseynov
 
 




30/08/13    Çap et