Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” yeni superkompyuterin hazırlanmasını dayandırıb


“İBM” şirkəti və İllinoys Universiteti 2008-ci ildən üzərində çalışdıqları yeni “Blue Water” superkompyuterinin hazırlanmasını dayandırıblar. İş prosesində aydın olub ki, belə maşının yaradılması əvvəl güman edildiyindən daha ciddi maliyyə və kadr tələb edəcək. Elə bu səbəbdən də, 208 milyon dollarlıq müqavilə pozulub.
İllinoys Universiteti və “NCSA” 2007-ci ildə layihəyə “İBM” şirkətini o məqsədlə cəlb ediblər ki, “İBM” onları yeni prosessorlarla təmin etsin. O zaman iş tam sürətlə gedirdi. Ancaq indi aydın olub ki, "iBM”-in son hazırlaması olan innovasiya texnologiyaları daha mürəkkəbdir və onlar əhəmiyyətli dərəcədə də çox maliyyə tələb edirlər".


infox.ru




10/08/11    Çap et