Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın günlərdə internetdə “Təhsil” TV yayımlanacaq


Yaxın zamanlarda təhsillə bağlı internet televiziyası istifadəçilərin ixtiyarına veriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyindən bildirilib.
 
Nazirlikdən qeyd edilib ki, təhsil televiziyasının (Təhsil TV - tehsil.tv) yaradılması layihəsinin reallaşdırılması üzrə aparılan işlər artıq yekunlaşıb. Məlumat üçün bildirək ki, sözügedən layihənin məqsədi əhalini ölkədə həyata keçirilən təhsil proqramları, layihələr və ümumilikdə təhsil sahəsində baş verənlər barəsində məlumatlandırmaqdır.
 
«Qeyd edək ki, portal təhsil prosesinin bütün iştirakçılarının - müəllimlər, tələbələr, informasiya texnologiyaları və digər sahələrdəki mütəxəssislərin bir yerə toplaşdıqları platforma kimi çıxış edir».
 
SEYMUR




30/08/13    Çap et