Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Meizu" şirkəti "MX3" smartfonunu təqdim edəcək


"Meizu" şirkəti sentyabrın 2-də "MX3" smartfonunu təqdim edəcək. Artıq şəbəkədə yayılmış informasiyaya əsasən, aparatın daxili yaddaşı 16-128 QB olacaq. Bundan başqa, aparat "NFC" çipi ilə də təchiz ediləcək. İlkin məlumatlara əsasən, baza modelinin qiyməti təxminən 326 dollar olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, smartfon 5,1 düymlük "Full HD" təsvir ölçülü ekran, 8 nüvəli "Exynos 5" prosessoru, 2 QB əməli yaddaş və 13 meqapiksellik kamera ilə təchiz edilib.

Emil Hüseynov




31/08/13    Çap et