Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın milli domen inzibatçısı onlayn qeydiyyat sistemini bu gün istifadəyə verir



Azərbaycanın milli "*.az" domeni inzibatçısı "İntrans" şirkəti günün ikinci yarısında domenlərin onlayn qeydiyyat sistemini istifadəyə verəcək.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, nağdsız ödəniş edərək "www.online.az" saytında qeydiyyat həyata keçirmək mümkün olacaq.

Nağdsız ödənişlər "GoldenPay" ödəniş sistemi vasitəsilə həyata keçiriləcək, sistem beynəlxalq ödəniş sistemlərinin informasiya təhlükəsizliyi standartlarına uyğun fəaliyyət göstərir.

Ekspertlərin sözlərinə əsasən, yeni sistemin tətbiqi, potensial istifadəçilərə domen qeydiyyatçısının saytından ətraflı izahatla, hətta təcrübəsiz istifadəçilərə elektron formanı doldurmağa imkan yaradacaq. İstifadəçilərə şəxsi domeni idarə etmək üçün nəzarət paneli təqdim ediləcək və paralel olaraq mövcud istifadəçilər öz domenlərini müstəqil şəkildə, tələb olunan parolu və loqini istifadə edərək yeni sistemə keçirəcəklər.

Gələcəkdə saytda Azərbaycan əlifbası hərflərindən ibarət domenlərin qeydiyyatı da mümkün olacaq.
Qeyd edək ki, hazırda bir domenin qeydiyyat tarifi 10-20 manat arasında dəyişir.

Aynur Vəliyeva




02/09/13    Çap et