Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “İPv6” protokoluna inteqrasiya prosesi sürətləndiriləcək


 “Delta Telecom” şirkəti yaxın zamanda “İPv6” protokoluna miqrasiya prosesini sürətləndirmək və genişləndirmək məqsədi ilə işlərə başlayacaq.

“Delta Telecom” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bu protokoldan Azərbaycanda çox az istifadə edilir.

“Bunun səbəbi provayderlərin və son istifadəçilərin əksəriyyətinin avadanlıqlarının bu protokolunu dəstəkləməməsidir. Ümumiyyətlə, “İPv6” protokoluna keçid  dünyada da yüksək səviyyədə deyil.  Belə ki, bu protokolu beynəlxalq internet kontentinin cəmi 3,5%-i dəstəkləyir. Qeyd edək ki, “İPv6” ünvanlara “Facebook”, “Google”, “YouTube” kimi genişmiqyaslı sosial şəbəkələr və portallar  malikdirlər.

Azərbaycanda isə hazırda artıq provayderlər bu protokola keçid istiqamətində cəhdlər edirlər  və bir neçə provayder artıq “İPv6” ünvanlarını alaraq testləşdirir”,- deyə şirkətdə bildiriblər.

Aynur Vəliyeva
 




02/09/13    Çap et