Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abşeron rabitə evlərində internet xidmətləri yaradılıb


Abşeronun  kənd və qəsəbələrində əhaliyə daha geniş xidmətlər  təqdim etmək, onları maraqlandıran əlavə xidmətlərin yaradılması üçün rayon poçtamtı tərəfindən Rabitə evlərinin yaradılması layihəsi uğurla reallaşdırılıb. Bu barədə poçtamtdan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumatda bildirilir.
 
Belə ki, aparılan davamlı işlər nəticəsində 1 saylı Mehdiabad, 2 saylı Mehdiabad, 1 saylı Xırdalan, 2 saylı Xırdalan, 2 saylı Saray, Ceyranbatan rabitə evləri tikilərək sakinlərin istifadəsinə verilib. Bu istiqamətdə görülən tədbirlərin tərkib hissəsi olaraq rayonun Mexaniki Dəstə adlandırılan yaşayış massivində yeni rabitə evi tikilərək istifadəyə verilib.
 
     Poçt şöbələri və rabitə evləri yeni mebellərlə, kompüter avadanlıqları ilə təmin edilib. Müasir rabitə evlərində əhaliyə bütün ənənəvi və qeyri-ənənəvi xidmətlərlə yanaşı, internet xidmətləri də göstərilir.
 
RƏVAN




03/09/13    Çap et