Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” özünü “Twitter”ə bənzədir


"Facebook" sosial şəbəkəsi "Twitter"in daha bir funksiyasını mənimsəyir. Rusiya mətbuatı yazır ki, hazırda "Twitter"də olan "Trend" funksiyası "Facebook"da da sınaqdan keçirilir.

Hələlik bu funksiya ABŞ-da bəzi istifadəçilər üçün açıqdır. Test uğurla başa çatsa, "trend" "Facebook"da da tətbiq olunacaq.

Qeyd edək ki, trend funksiyası sosial şəbəkədə ən çox müzakirə olunan mövzuları əks etdirir.

Kamal Hacıyev




03/09/13    Çap et