Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC Desire 601” – orta qiymət kateqoriyasına malik “LTE” dəstəkli smartfon


 
“HTC” şirkəti sentyabrın sonunda “Desire 601” adlı yeni aparatının satışlarına başlayacaq. Bu smartfon orta qiymət kateqoriyasına məxsusdur və rəqiblərinin əksəriyyətindən daxili “LTE” modulu ilə təchiz edilməsinə görə fərqlənir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “HTC Desire 601” smartfonu 960x540 piksel təsvir ölçülü 4,5 düymlük ekran və 1.4 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon 400” prosessoru və 1 QB əməli yaddaşla təchiz ediləcək. Daxili yaddaşın həcmi 8 QB təşkil edir və “microSD” kartları hesabına artırıla bilər.

Akkumulyatorun tutumu 2100 milliamper/saat təşkil edir. Aparata “HTC Sense 5” örtüklü “Android 4.2.2” ƏS quraşdırılacaq.

Emil Hüseynov




04/09/13    Çap et