Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“VKontakte” sosial şəbəkəsi “Google” xəritə xidmətindən istifadədən imtina edib


"VKontakte" sosial şəbəkəsi "Google Maps" xəritə xidmətindən imtina edib. Onların əvəzinə "Mapbox" və "Yandeks" alternetiv xidmətlərindən istifadə olunub.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, artıq sosial şəbəkənin istifadəçiləri statusa xəritə bərkidən zaman ya "Open Street Map" verilənlər bazası əsasında işləyən "Mapbox" və ya "Yandex" şirkəti tərəfindən hazırlanmış eyni adlı xəritədən istifadə edə bilərlər.

"Live Express"in məlumatına görə, "VKontakte" sosial şəbəkəsinin "Google Maps" xidmətindən imtinası sözügedən məhsuldan istifadənin kifayət qədər baha olması ilə bağlıdır.

Emil Hüseynov
 
 




04/09/13    Çap et