Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın zamanlarda internetin qiymətləri növbəti dəfə aşağı salınacaq



"İnternetin qiymətlərinin aşağı salınması siyasəti davam etdiriləcək". Bu barədə  rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda internetin qiymətlərinin növbəti dəfə aşağı salınması baş verəcək. O, bu layihənin "İKT ili" ilə bağlı həyata keçirilən Tədbirlər Planında da nəzərdə tutulduğunu bildirdi.

"Bununla əlaqədar olaraq işlər yerinə yetirilir, müəyyən təkliflər hazırlanır, hətta internet provayderlərlə görüşlərimiz keçirilir. Azərbaycanda İnternet Cəmiyyəti Assosiasiyası tərəfindən də müəyyən müzakirələr aparılır və təkliflər hazırlanır"

RƏVAN




05/09/13    Çap et