Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” yeni loqotipini təqdim edib


"Yahoo!” internet şirkəti loqotipinin yeni versiyasını təqdim edib. Bu barədə şirkətin rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.  

Əsas dəyişiklik “Yahoo!” sözünün yazıldığı şriftdə edilib. Belə ki, hərflər nazik olmaqla həcmli görünür. Loqotip ənənəvi bənövşəyi rəngini, eləcə də şirkətin fəxrinə çevrilən nida işarəsini qoruyaraq saxlayıb.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, dəyişikliklər “Yahoo!”-nun brend ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, şirkətin inkişafa səy göstərməsini bildirmək məqsədi daşıyır.     

"Yahoo!”-nun əvvəlki loqotipi 1995-ci ildə yaradılıb və əvvəlcə qırmızı rəngdə olub. 2009-cu ildən şirkətin adı bənövşəyi rənglə göstərilir, - "Lenta www.lenta.ru” yazır. 




05/09/13    Çap et