Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows Phone 8” üçün “Skype” tətbiqini yeniləyib


“Microsoft” şirkəti bu gün “Windows Phone 8” mobil əməliyyat sistemi üçün “Skype” tətbiqini yeniləyib. Son yenilənmədə smartfonlar üçün səsli poçt və bu yaxınlarda istifadəyə verilmiş videomesaj funksiyası dəstəklənib. Xatırladaq ki, “Skype” istifadəçiləri üçün sözügedən funksiya ödənişsizdir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Skype”ın yeni versiyasında bir sıra boşluqlar aradan qaldırılıb, lakin bu barədə məlumat verilməyib.

Emil Hüseynov
 




05/09/13    Çap et