Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mail.Ru” “Facebook”un səhmlərini satdı



Rusiyanın "Mail.Ru Group" sərmayə qrupu özündə olan “Facebook”un bütün səhmlərini satıb. Rusiya mətbuatında verilən məlumata əsasən, “Mail.Ru” xarici şirkətdən ayrıldığını bəyan edib.

Şirkətin məlumatında deyilir ki, 2013-cü ildə "Mail.Ru Group" “Facebook”a məxsus 14,2 milyon səhmi sataraq 525 milyon dollar qazanc əldə edib.

Qeyd edək ki, “Mail.Ru” “Facebook” sosial şəbəkəsinin səhmlərini 2010-cu ildə almışdı. Bu hadisə “Mail.Ru”-nun "Digital Sky Technologies" (DST) holdinqi ilə birləşməsindən sonra baş vermişdi.

Kamal Hacıyev




05/09/13    Çap et