Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICQ” messenceri bir il ərzində auditoriyasının 40%-ni itirib


“Mail.Ru” şirkətinin maliyyə hesabatına əsasən, 2013-cü ilin iyun ayına olan vəziyyətə görə “ICQ” (“Mail.Ru Group”) internet messencerinin qlobal aylıq auditoriyası 12,3 milyon, Rusiya auditoriyası isə 7,9 milyon istifadəçi olub.
 
Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin iyununda “ICQ” messencerinin qlobal aylıq auditoriyası 20,5 milyon idi, yəni bir il ərzində 40% azalma qeydə alınıb. Ötən ilin iyun ayına olan vəziyyətə görə Rusiyada sözügedən messencerin auditoriyası 10,8 milyon istifadəçi olub.
 
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki,  şirkətin məlumatına görə, 2009-cu ilin iyununda “ICQ” messencerinin qlobal aylıq auditoriyası 47,3 milyon istifadəçi olub. Beləliklə, 4 il ərzində istifadəçilərin sayı 3,8 dəfə azalıb.
 
Emil Hüseynov




06/09/13    Çap et