Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"eBay" "Decide.com" internet şirkətini satın alır


"eBay" internet şirkəti müxtəlif məhsullar üçün istehlak qiymətlərinin monitorinqi ilə məşğul olan və internet auditoriyasına müxtəlif tədarükçülərin məhsulları ilə bağlı qiymətlərin müqayisəsi üçün platforma təklif edən "Decide.com" startapını satın alır.
 
"Decide.com" platforması yalnız məhsulların qiymətinin real vaxt rejimində müqayisəsini deyil, həm də hər hansı təyin edilmiş məhsul və ya məhsullar kateqoriyasında qiymət dəyişikliyini izləməyə imkan verir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, sazişə əsasən, "Decide.com" sentyabrın 30-dan xidmətini dayandıracaq və bundan sonra "eBay" platformasına inteqrasiya ediləcək. Sazişin maliyyə şərtləri açıqlanmır.

Emil Hüseynov




07/09/13    Çap et