Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində kiçik yükləri uçan robotlar daşıyacaq


Çində kiçik kommersiya yükləri ölkə daxilində uçan robotların köməyi ilə daşınacaq. Qurğu bağlamaları poçt əlaqəsinin çətin olduğu yerlərə də sürətli və dəqiq çatdıra bilmək imkanına malikdir.

Yerli hakimiyyət tərəfindən robot poçtalyonlardan istifadə üçün icazə dünyanın nəhəng poçt servislərindən biri olan və bağlamaları sürətli çatdırması ilə seçilən "SF Express" şirkətinə həvalə edilib. Şirkətin istifadə edəcəyi robotlar haqqında ətraflı məlumat hələlik verilmir, lakin artıq mətbuat robotların "GPS" texnologiyasına əsasən onlara verilən marşrutlar üzrə hərəkət edəcəyi barədə xəbərdardır. Fövqəladə hallar zamanı robotları əllə də idarə etmək mümkün olacaq. Robotlar 100 metr hündürlüyə qalxa və 3 kiloqramadək faydalı yük daşıya biləcəklər.    

Robotlardan istifadənin geniş vüsət alması çinlilərə hələ də nəqliyyat yollarının olmadığı ölkə rayonlarını etibarlı poçt çatdırılma sistemi ilə təmin etməyə imkan verəcək. Bundan başqa, şirkətlər yanacağa qənaət edəcək, çünki robotlar batareyadan istifadə edir və bahalı yanacaq sərf etmirlər, - "Vesti www.vesti.ru" yazır.  
 
 
 





07/09/13    Çap et