Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla bağlı böyük həcmdə aktual coğrafi informasiya toplanıb


Azərbaycan Respublikası ərazisini əks etdirən 165 ədəd 1:50 000 miqyaslı ümumcoğrafi rəqəmli formatlı xəritələr yaradılıb.
 
Hazırda həmin xəritələr müvafiq topoqrafiya-geodeziya işləri əsasında daim yenilənir və bu xəritələr rəqəmli topoqrafik xəritələr formatına çevrilir. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) bildirilib.
 
Komitədən qeyd edilib ki, uzun illər ərzində DTXK tərəfindən aparılan işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanıb: «Bu gün bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylaşılmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir».
 
SEYMUR
 




09/09/13    Çap et