Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İKT 2013 - yarat, əlaqələndir, inkişaf et” mövzusunda seminar keçirilib


AMEA Elmi İnnovasiyalar Mərkəzində (EIM) "İKT 2013 - yarat, əlaqələndir, inkişaf et" mövzusunda seminar keçirilib.
 
Mərkəzdən bildirilib ki, seminarda AMEA Kibernetika İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayevin məruzəsi dinlənilib. T.Babayev seminar iştirakçılarını ЕС "Horizon 2020" 8-ci çərçivə proqramının əsas müddəaları ilə tanış edib.
 
Bu proqram Avropa İttifaqı ölkələri ilə Azərbaycan Respublikasının da daxil olduğu Şərq tərəfdaşlığı ölkələri ilə elmin inkişafı, yüksək texnoloji sənayenin yaradılması və cəmiyyətin inkişafı sahələrində əməkdaşlığı nəzərdə tutur. Seminar mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.
 
Həqiqət İSABALAYEVA




13/09/13    Çap et