Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” Daşkəsəndə ilk diler mağazasını açıb


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. "Sür@" ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" şirkəti abunəçilərini sevindirməkdə davam edir.
 
Müştərilərini ən yaxşı xidmətlə təmin etmək üçün "Bakcell" Bakı və ölkənin bütün regionlarını əhatə edən Müştəri Xidmətləri və Diler Mağazaları şəbəkəsini yaradıb.  Xidmət keyfiyyətinin mükəmməlləşdirilməsi üzərində daim çalışan "Bakcell" şirkəti diler mağazaları şəbəkəsinə bir yenisini əlavə edib. Daşkəsən şəhərində yenicə fəaliyyətə başlayan diler mağazası müştərilərinə təklif etdiyi yüksək səviyyəli xidmətlə qısa zamanda rəğbət qazana bilib.
 
Qeyd edək ki, sözügedən mağaza Daşkəsəndə "Bakcell"-in ilk diler mağazasıdır və şirkətin bütün məhsullarını təklif edir. Mağaza həm satış məntəqəsi, həm də xidmət mərkəzi kimi xidmət göstərir.
 
RƏVAN




16/09/13    Çap et