Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranda “Facebook” və “Twitter” şəbəkələrinə giriş əlçatan oldu


4 ildən sonra İran vətəndaşlarının əksəriyyəti yenidən “Twitter” və “Facebook” sosial şəbəkələri ilə işləmək imkanı əldə edib. “The Washington Post” nəşrinin məlumatına əsasən, dünyanın iki ən məşhur sosial şəbəkəsi prezident Mahmud Əhmədinecadın ikinci dəfə prezident  seçilməsi anından əlçatmaz olub. Nəşr qeyd edib ki, hələ ki sözügedən resurslar bütün istifadəçilər üçün əlçatan deyil, lakin belə görünür ki, provayderlərə blokdan çıxarma əmri verilib.
 
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  Əhmədinecad hökuməti müxalifəti birləşməyə təhrik etməmək üçün sözügedən resurslara girişi ciddi məhdudlaşdırırdı. Lakin ölkənin yeni prezidenti Həsən Ruhani bu yaxınlarda “Twitter”də hesab açıb.
 
Qəzet, həmçinin yazır ki, ölkənin rəsmi hakimiyyət və ya provayder nümayəndələrindən heç bir kəs resursların blokdan çıxarılması haqqında rəsmi məlumat verməyib, buna görə bu vəziyyət hələ ki anlaşılmazdır.
 
Emil Hüseynov




17/09/13    Çap et