Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Lumia 1520” qurğusunun təqdimatını təxirə salıb



“Nokia” şirkəti yeni “Lumia 1520” flaqman smartfonunun təqdimatını “Microsoft”la imzaladığı sazişin anonsundan sonra təxirə salıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, qeyd edilən 5 düymlük ekrana malik olan smartfonun sentyabr ayının sonunda təqdim ediləcəyi bildirilmişdi, lakin indi debütün oktyabr ayının sonundan tez olmayacağı qeyd edilib.

Xatırladaq ki, bu yaxınlarda “Nokia” şirkəti smartfon bölməsini “Microsoft” şirkətinə satdığını elan edib və patent portfoliosunun telefon istiqamətini bu şirkətə lisenziyalaşdırıb. Müqavilənin ümumi dəyəri 7,2 milyard manat məbləğində qiymətləndirilib.

“Nokia” şirkətindəki mənbələrdən məlum olub ki, bu ayın sonunda xüsusi mətbuat tədbirinin keçirilməsi nəzərdə tutulubmuş, lakin indi bu tədbir azından bir neçə həftəlik təxirə salınıb. Hazırda “Nokia” və “Microsoft” əvvəlki kimi müstəqil işləyirlər, məhsullarının relizlərini təşkil etdikdə çalışırlar ki, relizlərinin tarixi üst-üstə düşməsin.
 
Aynur Vəliyeva




18/09/13    Çap et