Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranda “Facebook” və “Twitter”ə giriş texniki nasazlıq nəticəsində mümkün olub


İran istifadəçiləri "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqlar xidmətinə texniki nasazlıq nəticəsində daxil ola biliblər. Bu barədə İran hökumətinə istinadən  "Röyters" informasiya agentliyi məlumat yayıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, İran İnternetə Nəzarət üzrə Dövlət Komitəsinin direktoru Abdulsamad Xoromabadinin sözlərinə görə, ölkə ərazisində qadağan edilmiş bir neçə sayt və sosial şəbəkəyə giriş provayderlərin günahı üzündən baş verib.

"Hazırda hökumət baş vermiş bu hadisəni araşdırır və texniki nasazlığa görə məsuliyyət daşıyan şirkətləri müəyyən edir" – Xoromabadi deyib.


Xatırladaq ki, "Twitter" və "Facebook" 2009-cu ildə İranın hakimiyyəti tərəfindən bloklanıb. 2013-cü ildə Həsən Ruhani prezident seçiləndən sonra ölkənin internet məkanında qadağaların bir qədər zəiflədiləcəyi haqqında danışılırdı. Lakin indiyə qədər adi istifadəçilər üçün heç bir konkret addım atılmayıb.


Emil Hüseynov




18/09/13    Çap et