Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” səhmlərin geri alınmasına 40 milyard dollar xərcləyəcək



 “Microsoft” korporasiyası 40 milyard dollarlıq səhmlərin geri alınması üzrə proqramı və rüblük dividentlərin 22 faiz artırılmasını bəyan edib. Başa çatma müddəti hələlik məlum olmayan səhmlərin alınması üzrə yeni plan bu ay sona yetməli olan oxşar miqyaslı əvvəlki proqramı əvəz edəcək.

“FactSet” şirkətinin məlumatına görə, “Microsoft”un ümumi kapitallaşması 273 milyard dollara yaxındır.

Bununla eyni vaxtda korporasiya rüblük dividentlərin məbləğini bir səhm üçün 23 sentdən 28 sentədək qaldıraraq dividentlər üzrə illik faiz dərəcəsini 3,4 faizədək yüksəldib. Sonuncu dəfə “Microsoft” dividentlərin məbləğinin artırılması proqramını 2012-ci ilin sentyabrında bəyan edərək 3 sentlik artımı həyata keçirib. Analitiklər bildirilər ki, miqyaslı təşviqetmə proqramları korporasiyanın strukturunun əhəmiyyətli dərəcədə yenidən qurulması fonunda aparılır.

Belə ki, ötən il korporasiya rəhbəri Stiv Balmer tezliklə vəzifəsindən gedəcəyini bildirib, bundan bir qədər əvvəl isə “Microsoft”un diqqətini “bulud” və mobil texnologiyalara yönəldərək strukturun yenidən qurulması elan olunub. Bundan başqa, ötən həftə korporasiya “Nokia” şirkətinin smartfonların buraxılışı üzrə biznesinin 7,2 milyard dollara satın alınmasını açıqlayıb, - "Cybersecrity” www.cybersecurity.ru yazır.   




18/09/13    Çap et