Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”da videolara internetsiz baxmaq mümkün olacaq


"YouTube Creators" rəsmi bloqunda dərc edilmiş məlumatına əsasən, "YouTube" videoehostqinin elan etdiyi yeni funksiya qabaqcadan yüklənmiş vidoya internetsiz baxmağa icazə verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, məlumata əsasən, yalnız "YouTube"un mobil tətbiq istifadəçiləri videoya oflayn baxmaq imkanına malik olacaqlar. Videohostinq nümayəndələrinin sözlərinə görə, yeni funksiya 2013-cü ilin noyabrında əlçatan olacaq.

Xatırladaq ki, "YouTube" videohostinqi  2005-ci ildə istifadəyə verilib. 2006-cı ildə bu xidmət "Google" şirkəti tərəfindən satın alınıb. "YouTube" dünyanın ən populyar videohostinqidir: 2013-cü ilin martında saytın aylıq auditoriyası bir milyard insan təşkil edib.

Emil Hüseynov
 
 
 




18/09/13    Çap et